Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Bütün əlaqədar qurumlarımız hərəkətə keçib və lazımı addımlar atırlar"

 10-08-2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsirdə baş verən zəlzələ ilə bağlı açıqlama verib.

MillətinSəsi.İnfo xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Bütün əlaqədar qurumlarımız hərəkətə keçib və lazımı addımlar atırlar. Biz də işləri yaxından izləyirik. Balıkəsirdə baş verən və ətraf ərazilərdə də hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun diləklərimi çatdırıram”.

İlkin məlumata görə, baş verən zəlzələdə 10 bina dağılıb. Bəzi bölgələrlə əlaqə kəsilib.

Qeyd edək ki, Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. Türkiyə mediasına istinadən xəbər veririk ki, İstanbulun Sultanqazi və Bahçelievler ərazisində də vətəndaşlar evlərini tərk edib. Küçükçekmecede sakinlər parklara axın edib.

Bənzər yazılar

0.075357913970947