İranın Qətərdəki ABŞ aviabazasına hücumu nəticəsində ölən və yaralanan yoxdur

 23-06-2025

İranın Qətərdəki ABŞ aviabazasına hücumu nəticəsində ölən və yaralanan yoxdur.

MilletinSesi.info "Report"a istinadən xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl İranın Qətərin paytaxtı Dohanın cənub-qərbində ABŞ-ın Əl-Udeyd bazasına qarşı əməliyyata başladığı bildirilib.

Qətərin Müdafiə Nazirliyinin məlumatına görə, İranın Qətərdəki ABŞ bazasına hücumu hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla dəf edilib.

Məlumata görə, hücum nəticəsində ölən və xəsarət alan olmayıb.

İranın Milli Təhlükəsizlik Şurası isə ABŞ-nin Qətərdəki bazasına zərbələr fonunda bəyanat yayıb.

Bəyanata əsasən, ABŞ-nin təcavüzünə qarşı raket cavabı tarazlığı bərpa etmək məqsədilə həyata keçirilib və atılan raketlərin sayı ABŞ tərəfinin İranın nüvə obyektlərinə zərbələr endirərkən istifadə etdiyi bombaların sayına uyğun olub.

Zərbə yaşayış məntəqələrindən uzaq ərazilərə endirilib və dost Qətər əhalisi üçün təhlükə yaratmayıb.

Bəyanatda həmçinin İranın Qətərlə isti və tarixi münasibətləri saxlamaq və inkişaf etdirmək öhdəliyi vurğulanır.

Qeyd edək ki, İran Qətərdəki ABŞ bazalarına 6 raket atıb.

zərbə ABŞ Koalisiyasının Hava Əməliyyatları Mərkəzinin yerləşdiyi Əl-Udeyd Hərbi Hava Qüvvələri bazasına endirilib.

 

Bənzər yazılar

0.073272943496704