Cüdoçumuz gümüş medal qazandı

 01-06-2025

Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb.

MillətinSəsi.İnfo Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, ilk yarış günündə +78 kq çəki dərəcəsində tatamiyə çıxan Nigar Süleymanova gümüş medal qazanıb.

Qeyd edək ki, turnirdə Azərbaycan 6 çəkidə 8 cüdoçu ilə təmsil olunur. Avropa Kubokunda 23 ölkənin 435 idmançısı qüvvəsini sınayır.



Bənzər yazılar

0.06495189666748