İranın Ali Liderinin müşaviri Əli Şamxani ona edilən sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyətə müraciət edib.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Əli Şamxani Ali Lider Ayətullah Xamenei və İran xalqına ünvanladığı müraciətində qeyd edib ki, qələbə günü yaxınlaşır: “İranın adı hər zaman olduğu kimi tarixdə parlaq şəkildə əks olunacaq. Şəhidlərin təbəssümü isə gələcəyimizin aynası olacaq”.
Mətndə bir neçə əsas ifadə var: "Mən yaşayıram və özümü fəda etməyə hazıram", "Qələbənin işıqlı günü yaxındır", "Tarixdə İranın adı həmişə parlayacaq, şəhidlərin təbəssümləri isə sabahımızın güzgüsünə çevriləcək".
Xatırladaq ki, iyunun 13-də səhər saatlarında İsrailin həyata keçirdiyi hücum nəticəsində Şamxaninin evinə zərbə endirilib. O, hadisə zamanı xəsarətlər alaraq xəstəxanaya yerləşdirilmişdi. Qərb KİV-ləri isə Şamxaninin öldüyü ilə bağlı məlumatlar yaymışdı.