“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruynenin İtaliyanın “Napoli” klubuna keçidi son mərhələdədir.
MillətinSəsi.info xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər son detalları razılaşdırmalıdırlar və müqavilənin iyunun əvvəlində imzalanması gözlənilir.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi iyunun 30-a qədərdir və bundan sonra o, azad agent olacaq.
Kevin “Volfsburq”dan keçdikdən sonra 2015-ci ilin yayından bu klubda çıxış edir. O bu klubla 18 kubok qazanıb.
Bu mövsüm belçikalı futbolçu klubda 40 matçda çıxış edib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
Ümumilikdə isə o, “şəhərlilər”in heyətində 422 oyun keçirib, 108 qol vurub və 177 məhsuldar ötürmə edib.