"Azərbaycanla qardaşlığımız davam etdikcə, əməkdaşlıq da genişlənəcək".
MillətinSəsi.İnfo "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində müəyyən işlər görülür.
Bundan başqa, Y.Gülər Van şəhərinə səfəri barədə danışıb: "Hansısa təhdid olduğu üçün Vana getməmişdim. Sadəcə təhlükəsizlik tədbirləri ilə tanış olurdum".
İsrail-İran qarşıdurmasına gəldikdə isə nazir vurğulayıb ki, Türkiyədə sərhəd təhlükəsi yoxdur.