Hidayət Heydərov: Mən burdayam və qələbə yenə gələcək

 17-06-2025

Tatamiyə 11 aydan sonra qayıtdım. Bu, sadəcə dönüş deyil, yola davamdır.

Milletinsesi.info xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov instaqram sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Məqsədim aydındır: yenə zirvəyə qalxmaq. Uduzmaq da bu yolun bir hissəsidir. Amma unutmayın: mən burdayam və qələbə yenə gələcək. Sözlə yox, əməllə danışacağam”, - Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi qeyd edib.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov 1/16 final mərhələsində Portuqaliyanı təmsil edən gürcüstanlı Otari Kvantidzeyə uduzub.

Bənzər yazılar

0.065932989120483