16 yaşlı itkin qızın ailəsindən tükürpərdici AÇIQLAMA: "Dedi ki, daha sənin kimi anam yoxdur"

 04-08-2025

Avqustun 2-də 16 yaşlı qız Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşadığı evdən qaçıb.

MilletinSesi.info xəbər verir ki, qızın ailəsi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Ailə tezliklə yeniyetmənin tapılmasını istəyir.

Hadisə ilə bağlı Baku TV-yə danışan itkin düşən qızın anası Günel Xəlilovanın sözlərinə görə, övladı evdən zibil atmaq adı ilə çıxıb.

"Sonra mənə "sənin kimi anam yoxdur. Məndə videolar var. Onları Həsən əmiyə atmışam. Ondan həmin görüntüləri sənə göndərməsini istəyərsən" mesajını yazıb.

Evdən qaçmazdan bir gün öncə bacısını dəniz qırağına apararaq "çılpaq şəkillərimi çək" deyib. Bu şəkillərin kiməsə göndərildiyini düşünürəm. Həsəndən şübhələnirəm. O, ailəvi dostumuz, rəfiqəmin qeyri-rəsmi yaşadığı şəxsdir", - o söyləyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, itkin düşən 16 yaşlı yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Onu da qeyd edək ki, avqustun 2-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşadığı evdən qaçan 16 yaşlı qızın yeri müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, Sumqayıt şəhərində yaşayan 16 yaşlı yeniyetmənin yeri polis əməkdaşları tərəfindən müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib.

Ətraflı Baku TV-nin süjetində:

 

Bənzər yazılar

0.088804960250854