>

Qobustanda torpaq uçqunu olub – Ölən şəxs SAHİBKAR İMİŞ

 20-08-2025

1987-ci il təvəllüdlü Rəşad Əhmədov çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidə torpaq uçqunu nəticəsində ölüb.

MillətinSəsi.İnfo APA-ya istinadla xəbər verir ki, hadisə Qobustan rayonunda baş verib.

Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Osmanov isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.

Abşeron rayonunun Qobustan kəndində torpaq uçqunu zamanı həlak olan, 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov sahibkar imiş.

Əslən Qazax rayonundan olan Rəşad Əhmədov bir neçə ildir ki, Qobustan kəndinə köçüb və kəndin kənarında fermer təsərrüfatı yaradıb.

Həmin vaxtdan etibarən o, ailəsi ilə birlikdə kənddə yaşayıb. R.Əhmədov boş vaxtlarında kənd ərazisindəki çayın məcrasında yaradılan göldə balıq tuturmuş

Avqustun 19-da axşam saatlarında dostları ilə birlikdə yenidən həmin əraziyə balıq tutmaq üçün gedən R.Əhmədov balıq tutarkən qəfil torpaq uçqunu baş verib. Hadisə nəticəsində o, uçqun altında qalaraq həyatını itirib. Məlumata görə, Rəşad Əhmədovun iki azyaşlı övladı qalıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bənzər yazılar

0.074838876724243