Azərbaycan minifutbol üzrə dünya çempionu oldu

 01-06-2025

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qalibi Azərbaycan millisi olub.

MillətinSəsi.İnfo xəbər verir ki, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi komanda həlledici qarşılaşmada Macarıstan yığması ilə üz-üzə gəlib.

Final oyunu Milli Gimnastika Arenasında keçirilib və yığmamız rəqibinə 4:2 hesabı ilə qalib gələrək dünya çempionu titulunu qazanıb.

Azərbaycan komandasının qollarını Təmkin Xəlilzadə (2-ci dəqiqə), Məhəmməd Xəlilov (8-ci dəqiqə) və Rəvan Kərimov (10 və 29-cu dəqiqələr) vurublar.

Xatırladaq ki, üçüncü yer uğrunda keçirilmiş qarşılaşmada Serbiya komandası Monteneqronu 3:0 hesabı ilə məğlub edərək bürünc medallara sahib olub.

Bənzər yazılar

0.065404891967773