Azərbaycan güləşçisinə 36 aylıq CƏZA

 20-06-2025

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) güləşçi Aslan Abakarovu 36 aylıq diskvalifikasiya edib.

Bu barədə MillətinSəsi.İnfo-a AMADA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu səbəb olub.

Fevralın 7-də tətbiq edilən sanksiyanın müddəti 2028-ci il fevralın 7-də başa çatacaq.

Bənzər yazılar

0.068465948104858