Yamal “Barselona” ilə müqaviləsini 2030-cu ilə qədər uzadacaq

 25-05-2025

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal klubu ilə müqaviləsini uzadacaq.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında jurnalist Nikolo Skira məlumat yayıb.

Qeyd olunur ki, yeni müqavilənin müddəti 2030-cu ilə qədər hesablanacaq.Futbolçunun maaşı illik 9 milyon avro və bonuslar olacaq.

Onun maaşı 18 milyon avroya çatana qədər ildən-ilə artacaq.

İspaniya çempionatının cari mövsümündə 17 yaşlı Lamin Yamal 34 oyun keçirib, o, 9 qol vurub və 13 məhsuldar ötürmə edib. İspan futbolçunun UEFA Çempionlar Liqasında da 13 oyun, 5 qol və 3 məhsuldar ötürməsi var.

Bənzər yazılar

0.07000994682312