"Mançester Siti" Şerkini transfer etdiyini açıqladı

 11-06-2025

İngiltərə təmsilçisi "Mançester Siti" Fransanın "Lion" klubunun hücumameyilli yarımmüdafiəçisi Rayan Şerkini transfer etdiyini açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

21 yaşlı oyunçu ilə 5 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Şerki "Lion" akademiyasının yetirməsidir və əsas komandanın heyətində 185 oyuna çıxıb.

Bənzər yazılar

0.064373970031738