Azərbaycan XİN İsrail Dövləti və İran İslam Respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarına növbəti çağırış edib.
MillətinSəsi.İnfo XİN-in məlumatına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarına zərurət olmadığı təqdirdə İran İslam Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
"Hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.
Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi və Təbriz şəhərindəki baş konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
tehran@mission.mfa.gov.az
(+98 905) 523-01-07,
Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğu
tabriz@mission.mfa.gov.az
+98 901 414 31 57", - deyə çağırışda qeyd olunur.