Bakıda su borusu partladı: Bina qarşısında gölməçə yarandı

 25-05-2025

Bakının Xətai rayonunda Qədir Məmmədov küçəsi 9 ünvanında su borusu partlayıb.

MillətinSəsi.İnfo xəbər verir ki, Baku.ws-in "qaynar xətti"nə daxil olan məlumata görə, borunun partlaması nəticəsində su yüksək təzyiqlə ətrafa yayılıb.

Binanın qarşısında böyük həcmdə su gölməçəsi əmələ gəlib. Ətrafa yayılan su binanın blokuna da daxil olub.

Sakinlərin sözlərinə görə, borunun partlaması bir neçə saat əvvəl baş versə də, hələlik müvafiq qurumlar hadisə yerinə müdaxilə etməyiblər.

 

Bənzər yazılar

0.065920114517212