"Şamaxinka"dakı kəsişmədə xaosun səbəbləri - Günahkar sürücülərdir?

 31-05-2025

Baku TV-də "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə paytaxtın "Şamaxinka" kimi tanınan ərazisindəki yol kəsişməsində yaşanan xaotik vəziyyətin səbəbindən danışılıb.

Bildirilib ki, bu vəziyyətə həm sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi, həm də yol infrastrukturundakı çatışmazlıqlar səbəb olur.

Vurğulanıb ki, ərazidəki sıxlıq avtobus zolağından sonra daha kəskin hal alır. Belə ki, sürücülərin döngədə gözləməli olduqları halda buna əməl etməmələri və "20 Yanvar" metro stansiyası istiqamətindən gələn nəqliyyat axınının ardı-arasının kəsilməməsi nəticəsində mütəmadi şəkildə toqquşma riski yaranır.

Qeyd edilib ki, problemin aradan qaldırılması yalnız yolun genişləndirilməsi ilə mümkün ola bilər.

Ətraflı süjetdə:

Bənzər yazılar

0.062250137329102