İranlı nüvə alimi İssar Tabatbai Kameş İsrailin hücumunundan sonra ölüb.
Milletinsesi.info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Evə edilən hücum zamanı onun həyat yoldaşı da həyatını itirib.
Onu da bildirək ki, İsrail ordusu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandirlərindən birini də öldürülüb.
APA İsrail ordusuna istinadən xəbər verir ki, Qüds qüvvələrinin silah tədarükü bölməsinin komandiri Behnam Şəhriyari İsrailin hava zərbələri nəticəsində öldürülüb.
Qeyd olunub ki, sözügedən şəxs İranın Hizbullah və HAMAS-a silah ötürmə prosesini icra edib.