İsrail ordusu İranda PUA anbarlarına və hərbi obyektə yeni zərbələr endirib

 22-06-2025

İsrail Müdafiə Qüvvələri İranın cənub-qərbində PUA anbarlarına və hərbi obyektə zərbələr endirir.

“MilletinSesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri teleqramda məlumat yayıb.

“Hazırda İsrail ordusu İranın cənub-qərbində Bəndər-Abbas ərazisində silah saxlanılan PUA anbarlarına və hərbi obyektə zərbələr endirir”, – məlumatda qeyd olunur.

Onu da bildirək ki, İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölən mülki vətəndaşların sayı 430-a çatıb, yaralanan mülki vətəndaşların sayı 3500-i keçib.

İranın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin İrana qarşı təcavüzü başlayandan bəri 430 dinc sakin həlak olub, 3,5 mindən çox dinc sakin yaralanıb.

Bənzər yazılar

0.074705839157104