Fransada bakteriya riski ilə əlaqədar bəzi pendir növləri satışdan yığışdırılır

 13-08-2025

Fransada “U” və “Lidl” supermarketlərində satışa çıxarılan bir neçə pendir partiyası “Listeria monocytogenes” bakteriyası ilə yoluxma riski səbəbindən yığışdırılır.

MilletinSesi.info xəbər verir ki, bunlar “Chene d’Argent” markasına aid “Camambert” keçi pendiri, “Coulommiers”, “Le Doucremeux”, “Le Carre 23%” pendirləridir.

İstehlakçılara bu pendirləri istehlak etməmək və müvafiq qurumların rəsmi xəbərdarlıqlarını izləmək tövsiyə olunub.

Qeyd edək ki, “Listeria” ciddi infeksiya xəstəliyidir və risk qrupuna daxil olan şəxslər, xüsusilə hamilə qadınlar, yaşlılar və körpələr üçün təhlükəlidir.

Bənzər yazılar

0.069455862045288