İngiltərə klubunun xalları silinə bilər

 03-01-2025

İngiltərə Premyer Liqasında çıxış edən "Lester"in xalları silinə bilər.

Ölkə.Az xarici mətbuata istinadən xəbər verir ki, klub ölkə çempionatının maliyyə qaydalarını pozmaqda ittiham olunur.

Hüquqşünaslar pozuntulara yol verilib-verilmədiyini müəyyənləşdirmək üçün yaxın iki həftə ərzində göstəriciləri qiymətləndirəcəklər. Sanksiya qərarının yanvarın 13-də dərc olunacağı gözlənilir.

Qeyd edək ki, “Lester” klubu 2022/2023-cü illər mövsümündə maliyyə qaydalarını pozmaqda ittiham edilir. Komanda hazırda 14 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Bənzər yazılar

0.060273885726929