2024-cü ilin 10 ayında - yanvar-oktyabr aylarında Ermənistana 84 milyon 188,8 min dollar humanitar yardım daxil olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.
Ölkə.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin açıqladığı məlumatda bildirilir.
10 ayda Ermənistana göndərilən humanitar yardımın böyük hissəsi kimya və əlaqəli sənaye sahələrinin məhsulu olub - 63 milyon 386,8 min dollar. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur.
Ən böyük humanitar yardım ABŞ-dan göndərilib: 44 milyon 583,4 min dollar, bu, 10 ayda Ermənistana göndərilən ümumi humanitar yardımın 53 faizini təşkil edir.
İkinci və üçüncü yerlərdə 8 milyon 158,7 min dollar yardımla Almaniya və 3 milyon 660,2 min dollarlıq yardımla Fransa gəlir.
Qeyd edək ki, Ermənistana İsveçrə, Çin, İtaliya, Hindistan və digər ölkələrdən də humanitar yardım göndərilib.