Bayram ərəfəsi kibercinayətkarların ən aktiv fəaliyyət göstərdiyi vaxtdır. Belə cinayətkarlar, adətən insanların məlumatlarını, pullarını oğurlamaq üçün onların ən müdafiəsiz dövrlərini, əyləncəyə və alış-verişə ən çox vaxt ayırdıqları zamanı seçirlər.
Bəs bu müddətdə kibercinayətkarlardan necə qorunmalıyıq?
Yeniavaz.com kibertəhlükəsizlik mütəxəssislərinin tövsiyələri əsasında belə cinayətlərdən müdafiə olunmaq üçün hazırlanmış 10 faydalı məqamı təqdim edir:
1. E-poçt və keçidlərlə diqqətli olun:
Fişinqdən çəkinin. Təcili təkliflər, göndərmə bildirişləri və ya bayram kampaniyaları olan e-poçt və mesajlardan ehtiyatlı olun.
Göndərənləri yoxlayın. Bildiriş aldığınız e-poçt ünvanının orijinal olduğundan əmin olun. Fırıldaqçılar çox vaxt real ünvanlara çox bənzəyən ünvanlardan istifadə edirlər.
2. Yalnız etibarlı saytlardan alış-veriş edin:
Etibarlı satıcıları seçin. Bütün alışlar üçün etibarlılığı sübut olunmuş onlayn alış-veriş subyektlərinə üz tutun.
3. Parollarınızı gücləndirin:
Güclü parollar yaradın. Bu zamanöyük hərflərin, rəqəmlərin və xüsusi simvolların birləşməsindən istifadə edin.
4. Cihazları və proqram təminatını yeniləyin:
Cihazlarınızdakı proqram təminatınızı yeniləyin. Müntəzəm yeniləmələr bir çox zəifliyi aradan qaldırmağa kömək edir.
Cihazınızı daha yaxşı qorumağa kömək edəcək antivirus proqramından istifadə edin.
5. Maliyyənizi izləyin:
Çıxarışları yoxlayın. Əməliyyatları mütəmadi olaraq izləyin və şübhəli əməliyyatlar barədə dərhal bankınıza məlumat verin.
6. Bayram fırıldaqlarından ehtiyatlı olun:
Saxta xeyriyyəçiliklə bağlı ismarıclara cavab verməyin. İanə verməzdən əvvəl fond məlumatlarını yoxlayın.
Unutmayın ki, əgər bir şey həqiqət ola bilməyəcək qədər yaxşı görünürsə, bu, çox güman ki, fırıldaqdır.
7. Şəxsi məlumatlarınızı qoruyun:
Sosial mediada çox şəxsi məlumat paylaşmaqdan çəkinin.
8. Məlumatlarınızın ehtiyat nüsxəsini çıxarın:
Məlumatlarınızın ehtiyat nüsxələrini saxlamaq üçün bulud yaddaşından və ya xarici disklərdən istifadə edin.
9. Yaxınlarınızı xəbərdar edin:
Ailə üzvlərinizi və dostlarınızı kibercinayətlər barədə məlumatlanırın. Onlara dələduzluq hallarını tanımağa və təhlükəsizlik qaydalarına riayət etməyə kömək edin. Bu, xüsusilə də fırıldaqçılara qarşı çox həssas olan uşaqlar və yaşlılar üçün vacibdir.
10. Səyahət zamanı cihazlarınızı qoruyun:
Səyahət zamanı telefonları, planşetləri və noutbukları qorumaq üçün parollardan və biometrik kilidlərdən istifadə edin.
“Bluetooth”u açıq saxlamayın. İcazəsiz qoşulmaların qarşısını almaq üçün istifadə edilmədikdə onu söndürün.