Erməni generallardan oğurladıqları pulları dövlətə qaytarmaq tələb olunur

 02-04-2025

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan və Raket Qoşunları və Artilleriya Baş İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyana qarşı cinayət işi açılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İttihama görə, M.Akopyanın səhlənkarlığı nəticəsində Ermənistana yararsız hərbi texnika gətirilib.

Ermənistan Respublikasının Baş Prokurorluğu M.Akopyan və A.Arutyunyandan dövlətə dəymiş ziyana görə təqribən 4 milyard 371 milyon dram (təxminən 11,2 milyon dollar - red) vəsaitin müsadirə edilməsini tələb edir.

Bənzər yazılar

0.070528030395508