"Mədəniyyət" qəzeti fəaliyyətini bundan sonra elektron formatda davam etdirəcək

 04-04-2025

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi qəzeti olan "Mədəniyyət" qəzetinin çapı dayandırılması ilə bağlı məsələyə aydınlıq gəlib.

Mədəniyyət Nazirliyindən Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, qəzetin nəşri 2024-cü ilin dekabr ayından dayandırılıb.

"Mətbu orqan fəaliyyətini bundan sonra elektron formatda davam etdirəcək", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.

 

Bənzər yazılar

0.057427883148193