ABŞ: İsrailə misli görünməmiş hücumlar...

 06-01-2025

İnanıram ki, İsrailin baş naziri İranın misli görünməmiş hücumları ilə üzləşən İsrailə verdiyimiz dəstəyin böyük fərq yaratdığını ilk etiraf edənlərdən biri olacaq. 

Ölkə.Az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken “Financial Times”a müsahibəsində deyib.

Bununla belə, Blinken İranın hazırda çox zəif olduğunu və cavab vermək iqtidarında olmadığını da qeyd edib.

“İran heç kimlə döyüşmək iqtidarında deyil... Bunun Suriya üçün real müsbət nəticələri oldu”, - ABŞ dövlət katibi bildirib.

O əlavə edib ki, problem mövcud vəziyyəti müsbət və davamlı nəticəyə çevirmək və Tramp administrasiyasına estafeti öz üzərinə götürə bilməsi üçün mümkün qədər çox yardım göstərməkdir.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.076148986816406