Prezident İlham Əliyev Əhməd Cuma oğlu Əhmədzadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, Ə.Əhmədzadə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, 2006-2021-ci illərdə Əhməd Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olub. O, ötən ilin oktyabr ayında Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.