Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Latviya yığması ilə üz-üzə gələcək

 07-06-2025

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

Ölkə.az-ın məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gələcək.

Riqa şəhərindəki "Skonto" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qarşılaşmanın baş hakimi maltalı Trustin Farruca Kann olacaq.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.

Bənzər yazılar

0.070780038833618