Sahibə Qafarova QDİƏT PA-nın "Şərəf medalı" ilə təltif edilib

 18-06-2025

Milli Məclisin sədri Sahibə Qafarova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) "Şərəf medalı" ilə təltif edilib.

MillətinSəsi.İnfo xəbər verir ki, ona medalı Bolqarıstan Milli Assambleyasının sədri Natalya Kiselyova təqdim edib.

Onu da bildirək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (QDİƏT PA) sədrlik Bolqarıstana keçib.

QDİƏT PA-nın  prezidenti və Milli Məclisin sədri Sahibə Qafarova sədrliyin Bolqarıstana ötürüldüyün qeyd edib.

Həmçinin QDİƏT PA-nın 66-cı iclasının vaxtı məlum olub. Bolqarıstan Milli Assambleyasının sədri Natalya Kiselyova bildirib ki, Assambleyanın payız sessiyasının növbəti iclası 2025-ci ilin noyabrında keçiriləcək.

Qeyd edək ki, hazırkı sədr Azərbaycan idi.

Bənzər yazılar

0.070418119430542