Rafael Leao "Milan"dan ayrılmaq istəyir.
Ölkə.az "Sky DE" portalına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu barədə kluba məlumat verib. "Rossoneri" onun üçün ən az 70 milyon avro tələb edir.
Leao "Bavariya" üçün namizədlərdən biridir. Lakin Münhen klubu digər namizədləri də nəzərdən keçirir.
26 yaşlı vinger 2019-cu ildən "Milan"da çıxış edir. O, son mövsümdə 50 oyunda 12 qol vurub və 13 məhsuldar ötürmə edib.//Offsideplus.az