Prezident İlham Əliyev Çin sədrinə başsağlığı verib

 07-01-2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu ünvanlayıb.

President.az-a istinadən bildiririk ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan itkisi və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

 

Bənzər yazılar

0.05831503868103