Ötən ildən fərqli olaraq bu il xaricdə təhsil üzrə dövlət proqramına yeni ölkə və universitetlər əlavə olunub.
Ölkə.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.
Onun sözlərinə görə, bura Asiya ölkələri, İrlandiya, Birləşmiş Ərəb Əmirliklərinə aid olan nüfuzlu universitetlər aiddir:
"Eyni zamanda bu il dünya universitetlərinin reytinq cədvəllərində olan “Times Higher Education” və "QS World University Rankings" təhsil müəssisələri istənilən ixtisas sahələri üzrə bakalavriat, magistratura və doktorantura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər".
T.Topalova bildirib ki, nəticə etibarı ilə siyahıda bakalavriat səviyyəsi üzrə 1 311, magistratura səviyyəsi üzrə 3 094 proqram yer alır.