Ali şaman 2025-ci il üçün proqnoz verdi: şəhərlər 80 faiz...

 08-01-2025

Rusiya üçün 2025-ci il təbii fəlakətlərin olmadığı il olacaq.

Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, bunu TASS-a şərhində Rusiyanın ali şamanı Kara-ool Dopçun-ool proqnozlaşdırıb.

O izah edib ki, Yeni ilin simvolu - ilan "yerdə sürünür, yeri qoruyur". Həmçinin, şaman qeyd edib ki, yüksək məhsul gözləmək lazımdır. "Təhlükə yoxdur. Biz çoxlu taxıl yığacağıq", - deyə "Adığ-Eeren" ("Ayı ruhu") şamanların yerli dini təşkilatının rəhbəri bildirib.

2023-cü ildə Dopchun-ool-un rəsmi nümayəndəsi Alena Muravyova Rusiyanın sərhəd şəhərlərinin şamanların köməyi ilə qorunmağa başladığını söyləmişdi. O, əmin olduğunu bildirmişdi ki, şəhərlər 80 faiz "kənar müdaxilələrdən" qorunur. O, həmçinin qeyd edib ki, Kara-ool Dopçun-ool təkbaşına deyil, Cənub Federal Dairəsinin digər şamanları ilə birlikdə işləyir. 

Bənzər yazılar

0.06322979927063