Castin Trüdo Kanadanın hakim Liberal Partiyasının lideri və baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb.
Ölkə.Az xəbər verir ki, o, istefa verdiyini bəyan etsə də, varisi seçilənədək vəzifəsini icra edəcək.
İctimai rəy sorğuları partiyaya dəstəyin azaldığını göstərdikdən sonra Trüdonu istefaya çağıran Liberal Partiyası deputatlarının sayı artıb.
"Meduza" yazır ki, oktyabrdan gec olmayaraq ölkədə liberalların demək olar ki, uduzacağı parlament seçkiləri keçirilməlidir.
Baş nazirin istefasına səbəb isə liderlik etdiyi Liberal Partiyası daxilində yaranmış fikir ayrılıqlarıdır.
Castin Trüdo 2013-cü ildən Liberal Partiyasına liderlik edir, 2015-ci ildən isə baş nazirdir.
Mürtəza
Ölkə.Az