Tibetdə 7.1 bal gücündə dəhşətli zəlzələ - Ölənlərin sayı 32-yə çatdı

 07-01-2025

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər yaralanıb.

Ölkə.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Bənzər yazılar

0.062191009521484