Azərbaycan banklarının xalis xarici aktivləri artıb, daxili aktivləri azalıb

 03-01-2025

Ötən ilin dekabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 27 milyard 186,9 milyon manat təşkil edib.

Ölkə.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,4 %, ötən ilin əvvəlinə nisbətən 7,8 %, 2023-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 18,1 % çoxdur.

Hesabat dövründə bankların xalis daxili aktivləri isə 17 milyard 504,9 milyonmanat təşkil edib ki, bu da aylıq müqayisədə 3,6 %, 2024-cü ilin əvvəlinə nisbətən 11,8 %, illik müqayisədə isə 13,9 % azdır.

Azərbaycanda 22 bank fəaliyyət göstərir.

Bənzər yazılar

0.056726932525635