Aktyor Azər Baxşəliyev 39 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, uzun müddətdir, böyrək çatışmazlığından əziyyət çəkən aktyor bu gün xəstəxanada vəfat edib.
A.Baxşəliyevə böyrəkköçürmə əməliyyatı üçün xeyli vaxt idi ki, donor axtarılırdı.
Aktyor İlkin Həsəni Oxu.Az-a açıqlamasında bildirib ki, ölüm xəbəri yayılan həmkarı Azər Baxşəliyev hazırda komadadır.
Onun sözlərinə görə, A.Baxşəliyev dövlət xəstəxanalarından birindədir.
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, aktyor Azər Baxşəliyevlə bağlı qurumun tabeliyindəki tibb müəssisələrinə müraciət daxil olmayıb.
Azərbaycan Tibb Universitetindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq qeyd edilib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən Azər Baxşəliyev az öncə vəfat edib.
Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova daha sonra sorğumuza cavab olaraq bildirib ki, həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
“Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”, - deyə o əlavə edib.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə məşhurlaşıb. Evli idi, bir övladı yadigar qalıb.