Hüseyn Həsənovun qiyabi həbs qərarı qüvvədə qaldı

 27-05-2025

Moskva Şəhər Məhkəməsi bloger Hüseyn Həsənovun qiyabi həbsinə dair qərarı qüvvədə saxlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat yayıb.

“Məhkəmə tərəflərin fikirlərini dinləyərək Həsənovun barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı birinci instansiyanın qərarının dəyişdirilmədən saxlanılması, Həsənovun müdafiəsinin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib”, - hakim qərarı elan edib.

Xatırladaq ki, H.Həsənov əvvəllər qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.

Bildirilib ki,Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan (3 milyon 600 min manat - red.) çox vergi ödəməyib. O, qanuni sahiblik, istifadə və sərəncam vermək görüntüsü yaratmaq üçün onların 20 milyonunu qanunsuz yolla “yuyub”.

Blogerə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi (xüsusilə külli miqdarda pul vəsaitlərinin və ya şəxsin cinayət törətməsi nəticəsində əldə etdiyi digər əmlakın leqallaşdırılması (yuyulması)) ilə qiyabi ittiham irəli sürülüb.

Bənzər yazılar

0.073990106582642