Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb

 27-05-2025

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.

MillətinSəsi.İnfo AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısını salamlayan sakinlər deyiblər: "Xoş gəlmisiniz, cənab Prezident".

Prezident İlham Əliyev: "Sağ olun".

Sakin: "Cənab Prezident, üçüncü dəfədir Sizinlə görüşürük".

Prezident İlham Əliyev: "Salam, necəsiniz?"

Sakin: "Çox sağ olun".

Prezident İlham Əliyev: "Birinci gələnlərdənsiniz, elədimi?"

Sakin: "Bəli, birinci gələnlərdənik".

Sakin: "Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək?"

Prezident İlham Əliyev: "Olar, çəkdirək".

Sakin: "Cənab Prezident, bu da xüsusi təyinatlıdır".

Prezident İlham Əliyev: "Ay maşallah, ay maşallah. Neçə yaşı var?"

Sakin: "Beş".

Prezident İlham Əliyev: "Maşallah. Rütbəsi də var".

Sakin: "Bəli, bəli".

Prezident İlham Əliyev: "Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız?"

Sakinlər: "Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu".

Sakin: "Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq".

Prezident İlham Əliyev: "Bəli, birinci köçənlərdən".

Sakin: "Biz də Əməkdar müəllimlərik. Sizinlə şəkil çəkdirmək istəyirik, şagirdlərimizlə, zəhmət olmasa".

Prezident İlham Əliyev: "Gəlin, belə duraq. Burada harada dursan yenə də cənnət görünür. Balacanı da mən götürüm qucağıma. Balaca, gəl buraya".

Sakinlər: "Çox sağ olun. Allah Sizə ömür versin, cansağlığı versin".

Prezident İlham Əliyev: "Sağ olun, sizə də cansağlığı. Məktəbdə işlər yaxşıdır?"

Sakin: "Bəli, əladır, çox gözəldir".

Prezident İlham Əliyev: "Həyətyanı sahə var?"

Sakin: "Bəli, var. Çox sağ olun, təşəkkür edirəm, cənab Prezident".

Prezident İlham Əliyev: "Sabah bayram günüdür. Bayram münasibətilə sizi təbrik edirəm".

Sakinlər: "Çox sağ olun, var olun, cənab Prezident. Allah Sizə ömür versin".



















Bənzər yazılar

0.069616794586182