DSMF sədri qohumlarına vəzifə verib?

 27-05-2025

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyevin guya yaxın qohumlarına vəzifə verməsinə dair yayılan xəbərlərə qurum rəsmi cavab verib.

Fondun Mətbuat Xidmətindən bildirilib ki, yayılan xəbərlərin heç bir əsası yoxdur.

"Heç bir fakta əsaslanmadan bir saytın dərc etdiyi, sonradan bəzi saytların da ona istinadən, dəqiqləşdirmə aparmadan yaydığı bu məlumatda DSMF-nin icraçı direktorunun Fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması barədə yer alan iddia tam əsassızdır.

Belə ki, Fondun icraçı direktoru təyin olunan Mail Məmmədovun anası Yaqut Dadaşxan qızı Dadaşova, Fondun sədri Zəka Mirzəyevin anası isə Pərvuzə Ağasəlim qızı Dadaşovadır.

Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qayınatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir.

Göründüyü kimi, hər hansı sözügedən qohumluq əlaqələrindən söhbət gedə bilməz.

Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər.

Qeyd edilən yalan xəbəri yaymış media subyektlərindən media qanunvericiliyinə uyğun olaraq, bu təkzib məlumatını dərc etməyi xahiş edirik", - deyə açıqlamada bildirilir.

Bənzər yazılar

0.063669919967651