Türkiyədə Qurban bayramında 14 mindən çox adam yaralandı

 07-06-2025

Türkiyədə Qurban bayramının qeyd edilməsi zamanı 14 mindən çox insan xəsarət alıb.

Ölkə.Az Lent.az-a istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Kamal Memişoğlunun X sosial şəbəkəsində yaydığı məlumata görə, onların hamısı qurban kəsmə zamanı yaralanıb.

Ümumilikdə 14372 zərərçəkən var. Buraya yalnız xəsarətlərinə görə tibbi yardıma müraciət edənlər daxildir. Ən çox yaralı paytaxt Ankarada qeydə alınıb - 1049 nəfər. Hadisələrin 753-ü İstanbulda, 655-i Konyada olub.

"Biz vurğulayırıq ki, qurbanlar peşəkarlar tərəfindən kəsilməlidir", deyə nazir xatırladıb.

Bənzər yazılar

0.073498964309692