General-mayor Məhərrəm Həsənov təqaüdə göndərilib

 25-06-2025
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin sabiq rəisi general-mayor Məhərrəm Həsənov təqaüdə göndərilib. 
 
Qaynarinfo-nun məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müfaviq əmr imzalayıb. 
 
Qeyd edək ki, bu ilin may ayında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi Məhərrəm Həsənov vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü. Generalın FHN-də başqa bir quruma təyin olunma ehtimalı var idi. Amma Məhərrəm Həsənov öz istəyi ilə təqaüdə çıxıb. 

Bənzər yazılar

0.065248966217041