Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanla yanaşı, daha 14 nəfər SAXLANILIB

 25-06-2025

Ermənistan İstintaq Komitəsi 14 nəfərin saxlanıldığını açıqlayıb.

MillətinSəsi.İnfo erməni KİV-lərinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ümumilikdə 90-dan çox ünvanda axtarış aparıb.

Axtarışlar zamanı ehtimal olunan cinayət planları ilə bağlı müxtəlif əşyalar və sənədlər aşkar edilib. Tapılanlar arasında silah və sursat, fəaliyyət planları, cəlb olunmuş şəxslərin siyahıları, metal əşyalar, pirotexniki vasitələr (petardalar və tüstü şaşkaları), hərbi təchizat, radio-rabitə qurğuları, pilotsuz uçuş aparatları (PUA), narkotikə bənzər bitki mənşəli maddələr olub.

Bundan əlavə, mümkün dövlət çevrilişindən sonra hökumət strukturlarında təyin ediləcək şəxslərin siyahısı da ələ keçirilib.

İstintaq materiallarına əsasən, müstəntiqin vəsatəti ilə işə nəzarət edən prokuror 16 nəfər barəsində cinayət təqibi başlanması barədə qərar verib. Onlardan 14 nəfər artıq saxlanılıb.

 

Bənzər yazılar

0.071114063262939