Bakının Binəqədi rayonu ərazisində yaşayan sakinlər içməli su problemi ilə qarşılaşıblar.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd edilib ki, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində dünəndən içməli su verilmir.
"Bizə deyilənə görə, haradasa su xətti partlayıb. Amma nə vaxt düzələcəyi ilə bağlı hər hansı məlumat ala bilmirik", - deyə müraciətdə bildirilir.
Məsələ ilə bağlı İri Şəhərlərin İçməli Su Təchizatı Xidmətindən fakt təsdiqlənib.
Bildirilib ki, qeyd olunan ünvanda su xəttində qəza baş verib.