Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına "general-mayor” ali hərbi rütbəsi verilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ali hərbi rütbə verilən polkovniklərdən İdris Məhərrəmov Azərbaycan Ordusunun korpuslarından birində korpus komandirinin müavini-qərargah rəisidir.
Məhərrəmov İdris Mustafa oğlu 10 iyun 1975-ci ildə Qubadlı rayon Çaytumas kəndində anadan olub. 1982-ci ildə Çaytumas kənd tam orta məktəbinə daxil olub, 1992-ci ildə həmin məktəbi bitirib.
Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olub. 1995-ci ildə hərbi məktəbi bitirərək leytenant hərbi rütbəsi alıb. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Hərbi xidmətlərə görə" medalı, 2012-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Vətənə xidmətə görə" medalı ilə təltif edilib.
27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində polkovnik Məhərrəmov İdris işğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri və kəndlərinin işğaldan azad edilməsində böyük şücaət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik Məhərrəmov İdris Mustafa oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

İdris Məhərrəmov
General-mayor rütbəsi verilən digər hərbçi Elgün Əliyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisidir.

Elgün Əliyev
Elnur Kazımov Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. O, əvvəllər Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb. Elnur Kazımov ədliyyə general-mayoru, 2022-ci ilədək hərbi prokurorun müavini olmuş Rasim Kazımovun qardaşıdır.
Rütbəsi artırılan digər zabit Vasif Xəlilov isə Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisidir.