ABŞ-nin Yeni Orlean şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.
Bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki hesabındakı paylaşımda yer alıb.
"Düşüncələrimiz və dualarımız qurbanlar və ailələri ilədir. Terrorçuluğun bütün hərəkətlərini, üsullarını, tətbiqlərini bütün forma və təzahürləri lə qeyd-şərtsiz pisləyirik", - XİN-dən bildirilib.
Qeyd edək ki, terror aktı nəticəsində azı 15 nəfər ölüb, 30 nəfər xəsarət alıb.