Baş nazir növbəyə durmadı, turistlər etiraz etdi

 04-01-2025

Böyük Britaniyanın baş nazirinin xizək sürmə tətili zamanı növbəyə durmaması turistləri qıcıqlandırıb.

Ölkə.Az xarici KİV-ə istinadla xxəbər verir ki,  Böyük Britaniyanın baş naziri Keir Starmer xizək sürmək üçün ailəsi ilə birlikdə Portuqaliyanın Madeyra adasına gedib.

Çox sayda turist məşhur "Monte Sledges" gəzintisi üçün növbəyə düzülüb. Lakin Britaniyanın baş naziri hamının gözlədiyi 3 saatlıq növbədə dayanmayıb. Baş nazir və ailəsi mühafizəçilər tərəfindən içəri daxil edilib və birbaşa gəzintiyə aparılıb.

Starmer və ailəsi növbənin önünə qədər müşayiət olunduqdan sonra turistlər İngiltərə baş nazirinə etiraz ediblər.
Uzun müddət növbə gözləyən insanlar o qədər qəzəbləniblər ki, baş naziri fitə basıblar. Sıradakılar “növbənin arxasına keç” deyə səsləniblər.

Sosial şəbəkələrdəki çoxsaylı tənqidlər və yayılan görüntülərdən sonra hökumət mənbələri açıqlama verib.

Baş nazirin həmin saatlarda çöldə gözləməsinin ağlabatan olmadığı bildirilib. Qeyd edilib ki, təhlükəsizlik səbəbilə polis baş nazir və ailəsinə növbəyə durmamağı tövsiyə edib.

Billurə Yunus
 

Bənzər yazılar

0.062931060791016