Aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva sosial media hesabında paylaşım edib.
Ölkə.Az-ın məlumatına görə, o, A.Baxşəliyevə yazdığı "Oyanıb mənə yazacaqsan. Darıxıram, Azik. Çox" mesajını paylaşıb. Lakin N.Baxşəliyeva fotoya "Oyanmadın" şərhini yazıb.
Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-a açıqlamasında deyib ki, hazırda Azər bəyin vəziyyətində bir dəyişiklik yoxdur:
"Azər bəy ölməyib, sağdır. Vəziyyəti ağır olaraq qalmaqda davam edir. Süni tənəffüs aparatına qoşuludur".
Xatırladaq ki, yanvarın 2-si böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb. Axşam saatlarında öldüyü deyilən aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.