Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, Sərəncamla qəza zamanı sağ qalan aşağıdakı şəxslər 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər:
- Əsədov Zülfiqar Sərdar oğlu
- Rəhimli Aydan Vaqif qızı.