Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edildi

 29-12-2024

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət mətni hazırlayıb.

MillətinSəsi.İnfo xəbər verir ki, parlamentin payız sessiyası üzrə bu gün keçirilən son plenar iclasının gündəliyinə Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında məsələ daxil edilib.

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Sahibə Qafarova Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya parlament adından təbrik məktubları ünvanlanmasını məqsədəuyğun sayıb.

Spikerin təklifi alqışlarla qarşılanıb.

Sahibə Qafarova bildirib ki, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis soydaşlarımıza və həmvətənlərimizə müraciət edir və gündəliyin sonuncu məsələsi məhz Milli Məclisin Müraciəti ilə bağlıdır.

Spiker müraciətin mətninin hazır olduğunu bildirib və onu səsləndirmək üçün deputat Samir Vəliyevə söz verib.

Samir Vəliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin Müraciətini oxuyub.

Sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Milli Məclisinin müraciəti səsə qoyularaq qəbul edilib.

 

Bənzər yazılar

0.070023059844971