İşdən çıxarılmadığını deyən direktor barəsində tədbirlər görüləcək

 21-05-2025

Bakı ən böyük məktəblərindən biri olan 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova işdən çıxarılıb.

MillətinSəsi.İnfo “Bakupost.az”a istinadən xəbər verir ki, işdən çıxarılmaq xəbərini eşidən direktor özünü xəstəliyə vurub. Belə ki, ərizəyə qol çəkərkən, Mehriban Ələkbərovanın "ürəyi gedib". Onun vəzifədən getməmək üçün bülleten açdırdığı da bildirilir.

"Unikal"a açıqlamasında işdən çıxarıldığı iddia edilən 158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova deyib ki, səhhətimdə heç bir problem yoxdur. 

O, hazırda işdə olmadığını və onun haqqında yazılanlardan xəbərsiz olduğunu bildirib:

"Hazırda işdə deyiləm. Hər şey qaydasındadır. İşdən də çıxmamışam".

Qeyd edək ki, Bakı şəhəri 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmadığı üçün direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Təhsil İdarəsindən isə bildirilib ki, Mehriban Ələkbərova işə qayıtdıqdan sonra onun barəsində qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

Bundan əvvəl məktəb direktorunun adı müxtəlif neqativ hadisələrdə hallanıb.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və TƏBİB-ə sorğu ünvanlamışıq. Ətraflı məlumat veriləcək.

Bənzər yazılar

0.065385818481445